TFF Engin Baytara ağır cəza verəcək

TFF Engin Baytara ağır cəza verəcək

Dünən Türkiyə Super Kuboku qarşılaşmasında qarşılaşmanın hakimi Cüneyt Çakıra fiziki müdaxilə edərək qırmızı vərəqə ilə meydandan qovulan "Qalatasaray"lı Engin Baytar ən azı 5 ilədək yaşıl meydanlardan uzaqlaşdırıla bilər. Siasport.az saytı xəbər verir ki, bu barədə Türkiyənin nüfuzlu idman saytı olan "Sporx" yazır. İdman saytınının yazdığına görə, Türkiyə Futbol Federasiyasının (TFF) 45-ci maddəsinə əsasən, meydanda hakimə qarşı fiziki təzyiq göstərmə və ya ona xəsarət yetirməyə görə futbolçu 5 il yaşıl meydanlardan uzaqlaşdırıla bilər. Bu isə o deməkdir ki, Super Kubokun sahibi olan "Qalatasaray"lı futbolçuya qarşı TFF tərəfindən bu cür ağır cəza verilməsi qaçılmazdır.

Bütün xəbərlər Facebook səhifəmizdə