"Neftçi"nin əvəzediciləri "Qəbələ" ilə oyuna hazırlaşır

"Neftçi"nin əvəzediciləri "Qəbələ" ilə oyuna hazırlaşır

"Neftçi" PFK-nın əvəzedici komandası ölkə çempionatının növbəti turu "Qəbələ" ilə keçirəcəyi matçın hazırlığına start verib. Siasport.az saytının məlumatına görə, Elşad Əhmədovun baş məşqçisi olduğu komanda bu gün klubun bazasında məşq edib. Yüngül qaçışla başlanan hazırlıq daha sonra toplu çalışmalarla davam edib. Xatırladaq ki, əvəzedici komanda ötən mövsüm məhz "Qəbələ" klubunu qabaqlayaraq ölkə çempionatının qızıl medallarına sahib olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə