Dünən axşam Türkiyə Super Kubokunda qarşılaşan "Fənərbaxça" və "Qalatasaray"ın mücadiləsi, həm də bir sıra futbolçuların zədə alaraq meydandan çıxmaları ilə yadda qalıb. Siasport.az saytı xəbər verir ki, xüsusi ilə "Fənərbaxça" qarşılaşmadan məğlub ayrılmaqla yanaşı, həm də olduqca vacib futbolçusunu itirməli olub. Belə ki, İstanbul nəhənginin qolkiperi Volkan Dəmirəlin ciddi zədə alaraq meydandan xərəklə çıxarılması və ciddi həkim müayinəsindən sonra onun ən azı 15-16 gün yaşıl meydanlardan uzaqda qalacağına dair qərar verilməsi, komandada ciddi rezonans yaradıb. "Fənərbaxça"nın həkimləri qolkiperin daha tez müddətdə sağalması üçün ciddi rejimə keçiblər. türkiyə mətbuatı, klub prezidenti Əziz Yıldırımın da V.Dəmirəlin tez bir zamanda sağalması üçün onun müayinəsini şəxsi nəzarətinə götürdüyünü yazır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB