“Qalatasaray” "Fənərbaxça"nı məğlub edərək, Türkiyə Super Kubokunu qazandı

“Qalatasaray” "Fənərbaxça"nı məğlub edərək, Türkiyə Super Kubokunu qazandı

Futbol üzrə Türkiyə Super Kuboku uğrunda oyun keçirilib. Siasport.az saytının məlumatına görə, son Super Liqanın ən güclüsü olan "Galatasaray" Türkiyə Kubokunun qalibi "Fənərbaxça" ilə qarşılaşıb. Oyunda qapılara 5 qol vurulub. Bunlardan 3-ü "cim-bom"um, 2-i isə "Fənər"in aktivinə yazılıb. Rəqibin qollarından birinə etiraz edən "Qalatasaray"lı Engin Baytara isə qırmızı vərəqə göstərilib və oyundan kənarlaşdırılıb. Beləliklə, Türkiyə Super Kubokunu muzeyinə aparan "Qalatasaray", elə mövsümün ilk derbisindəcə əzəli rəqibinə məğlubiyyət acısı yaşadıb.

Türkiyə Super Kuboku

12 avqust

Galatasaray – Fenerbahce – 3:2

Qollar: U.Bulut, 19; 58, S.İnan, 90-pen - Aleks, 45+3, Kuyt, 66.

Bütün xəbərlər Facebook səhifəmizdə