Londonda XXX Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib. Siasport.az saytının məlumatına görə, mərasim dünya ölkələri olimpiyaçılarının yürüşü ilə başlanılıb. Müxtəlif ölkələrin idmançılarının birgə yürüş ənənəsinin təməli 1956-cı ildə qoyulub. Bu yürüş idmanın birləşdirici qüvvəsinin rəmzidir.
Oyunların bağlanış mərasimində "Britaniya musiqisi simfoniyası" konserti olub. Konsertdə müasir kompozisiyalar və klassik musiqi əsərləri səslənib. Konsert çərçivəsində ingilis bəstəkarı Edvard Elqarın əsərləri ifa olunub, "Muse" qrupu Adel, Corc Mayklın mahnılarını oxuyub.
"Britaniya musiqisi simfoniyası" konsertində dörd mindən çox musiqiçi iştirak edib.
XXX London Yay Olimpiya Oyunlarının bağlanış mərasimində olimpiya məşəli təntənəli surətdə söndürülüb. Sonra üç ölkənin – olimpiya oyunlarının vətəni Yunanıstanın, Böyük Britaniyanın və növbəti Yay Olimpiya Oyunlarının keçiriləcəyi Braziliyanın bayraqları qaldırılıb.
Xatırladaq ki, London Yay Olimpiya Oyunlarında Azərbaycanı 16 idman növündə 53 atlet təmsil edib. Olimpiya oyunlarında Azərbaycan idmançıları 10 medal qazanıblar (2 qızıl, 2 gümüş və 6 bürünc medal).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB