Aliyə Qarayeva olimpiadada 4-cü oldu YENİLƏNİB

Aliyə Qarayeva olimpiadada 4-cü oldu YENİLƏNİB

Bu gün olimpiadada bədii gimnastika üzrə yarışların final mərhələsi keçirilib. Siasport.az saytının məlumatına görə, Azərbaycanın təcrübəli gimnastı Aliyə Qarayeva da finalda mübarizə aparıb. Həlledici mərhəldə Aliyənin 9 rəqibi olub. Atletlər 4 növ üzrə kompozisiyalar nümayiş etdiriblər. Aliyə həlqə ilə hərəkətlərdə hakimlərdən 27.925 xal alıb. Topla hərəkətlərdə isə təmsilçimiz 27.825 xal toplayıb. Daha sonra gürzlərlə hərəkətləri yerinə yetirən idmançımız 27.575 xala layiq görülüb. Sonda isə o, lentlə çıxış edib və 28.250 xal daha qazanıb. 4 hərəkətin cəmində 111.575 xal yığan A.Qarayeva yarışı 4-cü sırada başa vurub.

Birinci və ikinci yerləri müvafiq olaraq, rusiyalı Yevgeniya Kanayeva (116.900) və həmyerlisi Dariya Dmitriyeva tutub (114.500). Bürünc medala isə belarus gimnastı Lyuba Çarkaşina layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə