Hayle İbrahimov olimpiadada həlledici yürüşə çıxacaq

Hayle İbrahimov olimpiadada həlledici yürüşə çıxacaq

Bu gün XXX Yay Olimpiya Oyunlarında Azərbaycan atleti Hayle İbrahimov 5000 metr məsafəyə qaçış üzrə final yarışlarına qatılacaq. Siasport.az saytının məlumatına görə, idmançımız yarımfinal mərhələsində öz qrupunda 1-ci olmuşdu.

Finalda 14 idmançı mübarizə aparacaq. Atletimizin rəqibləri bunlardır: İsayya Koç, Tomas Lonqosiva (hər ikisi Keniya), Məhəmməd Fərəh (Böyük Britaniya), Lopes Lomonq, Bernard Laqat, Geylen Rapp (hamısı ABŞ), Haqos Gebrhivet, Dejen Gebremeskel, Yenev Alamirev (hamısı Efiopiya), Abdallaati İgider (Mərakeş), Mozes Kipsiro (Uqanda), Kemeron Levins (Kanada), Xuan Luis Barrios (Meksika) və Mumin Qala (Cibuti).

Final mərhələsi Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə