Azərbaycan Boks Federasiyasının (ABF) rəhbərliyi bu gün XXX Yay Olimpiya Oyunlarının yarımfinalında mübarizəni dayandıran Məhəmmədrəsul Məcidovla (+91 kq) bağlı rəsmi protest verib. Siapsort.az saytının məlumatına görə, Beynəlxalq Həvəskar Boks Assosiasiyasına ünvanlanan yazılı şikayətdə hakimlərin Azərbaycan idmançısına qarşı qeyri-obyektiv və ədalətsiz qərarlar vermələri diqqətə çatdırılıb.
ABF rəsmilərinin fikrinə görə, hakimlər Məcidovla italiyalı Roberto Kammarelli arasında keçirilən döyüşdə ədalət prinsiplərini pozaraq, xalları düzgün qeydə almayıblar. Onlar xüsusilə 2-ci və 3-cü raundunda yığmamızın üzvünə qarşı qeyri-obyektivlik nümayiş etdiriblər. Nəticədə 1 xal fərqi ilə uduzan boksçumuz finala yüksələ bilməyib.
Qeyd edək ki, Məhəmmədrəsul Məcidov ilk raundda Roberto Kammarelliyə 6:4 hesabı ilə qalib gəlib. Lakin hakimlər növbəti iki raundda qələbəni İtaliya təmsilçisinə veriblər (6:4, 3:2). Yekunda idmançımız 12:13 hesabı ilə məğlub olaraq, bürünc medalla kifayətlənib.
Olimpiya.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB