"Neftçi"nin məşqçisi Tərlan Əhmədov flaqmanın Avropa Liqasındakı rəqibi barədə danışıb. Siasport.az saytının məlumatına görə, o, APOEL-in münasib rəqib olduğunu qeyd edib: "Potensial rəqiblərimizin siyahısına baxsaq, APOEL bizim üçün tamamilə münasib rəqibdir. Çünki potensial rəqiblər arasında "İnter", "Nyukasl", "Partizan" kimi klublar da var idi. Məncə, kiprlilərə qarşı oynamaq olar. Bizim kifayət qədər vaxtımız var ki, onlar barədə ətraflı məlumat toplayaq və oyun üslublarını öyrənək. Maksimum çalışacağıq ki, istəyimizə nail olaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB