Azərbaycan Premyer Liqasının II turu çərçivəsində keçirilən "Qəbələ" - "İnter" (1:0) matçından sonra qonaqların baş məşqçisi Kaxaber Tsxadadze qarşılaşma barədə fikirlərini açıqlayıb. Siasport.az saytının məlumatına görə, o, bəxtlərinin gətirmədiyini deyib: "Qəbələ"ni qələbə münasibətilə təbrik edirəm. Oyun demək olar ki, "Qəbələ"nin qapısı qarşısında keçirdi. Ancaq qol epizodlarında bəxtimiz gətirmirdi. Bir futbolçu 4 qol epizodundan yararlana bilmirsə, gah qapıçı topu çıxardırsa, gah zərbə dəqiq olmursa, burda həm bəxtsizlik var, həm də futbolçu öz üzərində işləməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB