Bojidar Bandoviç: "Futbolçuların çoxlu top istirməsi oyuna təsir etdi"

Bojidar Bandoviç: "Futbolçuların çoxlu top istirməsi oyuna təsir etdi"

"Simurq" yaxşı komandadır. İlk hissədə uzun ötürmələrdən istifadə edərək, hücumlar təşkil etmək istədik". Siasport.az saytının məlumatına görə, bu sözləri "Bakı" - "Simurq" (0:0) qarşılaşmasından sonra paytaxt təımsilçisinin baş məşqçisi Bojidar Bandoviç deyib. Mütəxəssis komandasının çoxlu top itirdiyini qeyd edib: "Xüsusən sol cinahdan hücumlara üstünlük vermişdik. Lakin futbolçuların çoxlu top istirməsi oyuna təsir etdi. İkinci hissədə daha çox hücum etdik. Bir neçə qol imkanımız olsa da, yararlana bilmədik. Bu, bizim ilk oyunumuz idi. Qarşıdakı oyunlarda daha yaxşı nəticə göstərməyə çalışacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə