"Nəticə ədalətli oldu"

Premyer Liqanın ikinci turunun birinci oyun günündə paytaxtda keçirilən yeganə qarşılaşma - "Bakı" - "Simurq" (0:0) oyunundan sonra Zaqatala təmsilçisinin baş məşqçisi Georgi Çixradze oyun barədə danışıb: Siasport.az saytının məlumatına görə, baş məşqçi maraqlı oyun keçdiyini vurğulayıb: "Gərgin və maraqlı oyun oldu. Oyun hər iki komandanın qarşılıqlı hücumları şəraitində keçdi. Ancaq heç kim fərqlənə bilmədi. Oyunun sonlarına yaxın rəqib bizi qapımıza doğru sıxışdırsa da, hesabı qoruya bildik. Fikrimcə nəticə ədalətli oldu".

Bütün xəbərlər Facebook səhifəmizdə