Yunis Hüsyenov narazı qaldı

"4:0 hesabı ilə qələbə qazanmağımıza baxmayaraq, komandamın oyunu o qədər də xoşuma gəlmədi". Siasport.az saytının məlumatına görə, bu sözləri "Xəzər Lənkəran" - "Kəpəz" (4:0) matçından sonra cənub təmsilçisinin baş məşqçisi Yunis Hüseynov deyib. O, komadasının bəzi səhvlərə yol verdyini bildirib: "Bəzi səhvlər var və onun üzərində işləyəcəyik. Premyer Liqanın ilk oyununda da qələbə qazanmaq üçün meydana çıxmışdıq. Ancaq müəyyən səhvlərə görə buna nail ola bilmədik. Bu gün isə qalib gəldik. Gənc futbolçulara şans verdim. Onlar da özlərini yaxşı tərəfdən göstərə bildilər".

Bütün xəbərlər Facebook səhifəmizdə