"Müdafiədə buraxdığımız səhvlər ucbatından məğlub olduq"

"Müdafiədə buraxdığımız səhvlər ucbatından məğlub olduq"

"Xəzər Lənkəran" - "Kəpəz" (4:0) oyunundan sonra qonaqların baş məşqçisi Fuad İsmayılov fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, o, müdafiədə səhvlər etdiklərini qeyd edib: "Müdafiədə buraxdığımız səhvlər ucbatından məğlub olduq. Gələcək oyunlarda daha yaxşı oyun göstərməyə çalışacağıq. Azərbaycanın ən güclü komandalarından olan "Xəzər Lənkəran"a qarşı oynadıq. Onlara da gələcək qarşılaşmalarda uğurlar arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə