Məhəmmədrəsul Məcidov olimpiya oyunlarında bürünc medal qazandı

Məhəmmədrəsul Məcidov olimpiya oyunlarında bürünc medal qazandı

Böyük Britaniyanın paytaxtı Londonda XXX Yay Olimpiya Oyunları davam edir. Siasport.az saytının məlumatına görə, yarışda 91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov növbəti görüşünü keçirib. Yarışın yarımfinal mərhələsində İtaliya idmançısı Roberto Kammarelleyə məğlub olan M.Məcidov London Yay Olimpiya Oyunlarının bürünc mükafatı ilə kifayətlənməli olub.

Bütün xəbərlər Facebook səhifəmizdə