Teymur Məmmədov olimpiadada bürünc medal qazandı YENİLƏNİB

Teymur Məmmədov olimpiadada bürünc medal qazandı YENİLƏNİB

XXX Yay Olimpiya Oyunlarında Azərbaycanın yığmasının boksçusu Teymur Məmmədov finala gedən yolda italiyalı Klemente Russo ilə qarşılaşıb. Siasport.az saytının məlumatına görə, 91 kq çəki dərəcəsində yarışan idmançımız ilk iki hissədə üstün olsa da (6:4), son hissədə ümumi olaraq 13:15 hesabıyla rəqib qalib gəlib. Teymur yarışları bürünc medalla bitirib.

Xatırladaq ki, həmyerlimiz 1/8 finalda avstraliyalı Tapu Opetaya, 1/4 finalda isə belaruslu Sergey Korneyevə qalib gəlməklə yarımfinala çıxmışdı və bürünc medalı təmin etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə