Bu gün taekvondoçularımız da olimpiadada medalsız qaldılar YENİLƏNİB

Bu gün taekvondoçularımız da olimpiadada medalsız qaldılar YENİLƏNİB

Xəbər veridyimiz kimi bu gün Azərbaycan taekvondoçuları olimpiadada mübarizəyə başlayıblar. Siasport.az saytının məlumatına görə, təmsilçimiz Ramin Əzizov (80 kq) yarışa 1/8 finaldan start verib. R.Əzizov ilk çıxışında amerikalı idmançı Stiven Lopeslə üz-üzə gəlib. İdmançımız ikiqat olimpiya çempionunu məğlub edib - 3:2. O, 1/4 finalda Mauro Sarmiento (İtaliya) ilə döyüşüb. Ramin qarşılaşmanın ilk iki hissəsində nə özü xal qazanıb, nə də rəqibinə xal qazanmağa imkan yaradıb. 3-cü hissədə isə o, minimal hesabla məğlub olub - 1:2.

İtaliyalı idmançı finala vəsiqə qazana bilsəydi, taekvondoçumuz bürünc medal uğrunda yarışmaq hüququ əldə edəcəkdi. Ancaq o, finala çıxa bilməyib və idmançımız medalsız qalıb.

Azərbaycanın xanım taekvondoçusu Fəridə Əzizova (67 kq) isə ilk döyüşündə kanadalı Karine Sergerye ilə qarşılaşıb. Birinci hissədə taekvondoçular xal qazana bilməsələr də, ikinci hissədə rəqib kiçik üstünlüklə qalib gəlib. Əgər kanadalı taekvondoçu finala kimi irəliləsəydi, Fəridə bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaqdı. Lakin Karine Sergerye növbəti görüşündə sloveniyalı idmançıya məğlub olub. Bununla da Fəridə təsəlliverici görüşlərə qatılmaq imkanından məhrum olub.

Bütün xəbərlər Facebook səhifəmizdə