Aliyə Qarayeva olimpiadanın finalında YENİLƏNİB

Aliyə Qarayeva olimpiadanın finalında YENİLƏNİB

Azərbaycan gimnastı Aliyə Qarayeva XXX Yay Olimpiya Oyunlarında fərdi çoxnövçülük yarışlarının təsnifat mərhələsində çıxışını başa vurub. Siasport.az saytının məlumatına görə, 23 idmançının mübarizə apardığı yarışda bu gün toppuzla hərəkətləri yerinə yetirən təmsilçimiz hakimlərdən 27.850 xal alıb.

Lentlə hərəkətlərdə isə idmançımız 28.200 xala layiq görülüb. Dünənki həlqə və topla hərkətlərinin nəticələri ilə birlikdə ümumilikdə 111.850 xal toplayan Aliyə sonda 3-cü yerdə qərarlaşıb. O, final mərhələsinə vəsiqə qazanıb. Bu mərhələdə 1-ci və 2-ci yeri isə müvafiq olaraq rusiyalı gimnastlar - Yevgeniya Kanayeva (116.000 xal) və Dariya Dmitriyeva (114.525 xal) tutublar.

Bütün xəbərlər Facebook səhifəmizdə