İngiltərənin "Liverpul" futbol klubundan sonra İstanbulun "Fənərbaxça" futbol klubuna transfer olunan Dirk Kuyt, İstanbul klubunda keçirdiyi son iki qarşılaşmada sərgilədiyi oyunla, diqqətləri üzərinə çəkib. Siasport.az saytı xəbər verir ki, onun "Vasliu"ya qarşı cavab qarşılaşmasında vurduğu iki möhtəşəm qol, dünya mətbuatında da müsbət şəkildə müzakirə olunur. Elə Hollandiya millisinin baş məşqçisi Luis Van Qaal da, gözəl futbol nümayiş etdirən "Fənərbaxça"lı futbolçunu, avqustun 15-də Belçika millisinə qarşı keçiriləcək yoldaşlıq oyununda əsas heyətə daxil edib. Futbolçunun özü isə jurnalistlərə bildirib ki, L. V. Qaalın bu çağırışından məmnunluq duyur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB