London Olimpiadasında Azərbaycanın sərbəst güləşçisi Əşrəf Əliyev yarışlara qatılıb. Siasport.az saytının məlumatına görə, 74 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz ilk görüşdə yaponiyalı Sohsuke Takatani ilə qarşılaşıb. Ə.Əliyev rəqibdən üstün olmağı bacarıb (0:1, 0:1). İdmançımız 1/8 finala yüksəlib. Onun növbəti mərhələdə rəqibi Rusiya güləşçisi, 2 qat dünya, 3 qat Avropa çempionu Denis Tsarqus olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB