Aliyə Qarayeva olimpiadada növbəti çıxışını başa vurdu

Aliyə Qarayeva olimpiadada növbəti çıxışını başa vurdu

Azərbaycan gimnastı Aliyə Qarayeva XXX Yay Olimpiya Oyunlarında fərdi çoxnövçülük yarışlarının təsnifat mərhələsində növbətini çıxışını başa vurub. Siasport.az saytının məlumatına görə, 23 idmançının mübarizə apardığı yarışda toppuzla hərəkətləri yerinə yetirən təmsilçimiz hakimlərdən 27.850 xal alıb. Dünənki həlqə və topla hərkətlərinin nəticələri ilə birlikdə ümumilikdə 83.650 xal toplayan Aliyə hələlik birinci yerə yüksəlib. Bu nəticə digər gimnastların çıxışından asılı olaraq dəyişə bilər.

Qeyd edək ki, Aliyə bu gün həmçinin lentlə hərəkətləri də yerinə yetirəcək. O, meydana 4-cü çıxacaq.

Nəzərinizə çatdıraq ki, finala ilk 10-luqda qərarlaşan idmançılar vəsiqə qazanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə