Olimpiya Oyunlarında uğursuz çıxış edən kanoeçimiz Valentin Demyanenko sonuncu olması barədə danışıb. Siasport.az saytının məlumatına görə, o, bir gün öncə zədələndiyini qeyd edib. İdmançı hazırlıq zamanı əzələsinin qırıldığını bildirib. Təmsilçimiz məhz bu səbəbdən uğursuz çıxış etdiyini vurğulayıb: "Mən start xəttinə məcburən çıxmışdım. Amma elə startdaca ağrılarım başladı. Ona görə də bütün rəqiblərimdən geri qalaraq, mübarizəni dayandırdım".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB