"Simurq" hazırlıqları tamamladı

"Simurq" hazırlıqları tamamladı

Premyer Liqanın II turu çərçivəsində "Bakı"nın qonağı olacaq "Simurq" klubu qarşılaşmanın keçiriləcəyi meydanda son məşqinə çıxıb. Siasport.az saytının məlumatına görə, bir saata yaxın davam edən hazırlıq isinmə hərəkətləri ilə başlayıb. Sonda isə qısa ötürmələr üzrə tapşırıqlar yerinə yetirilib.

Qeyd edək ki, "Bakı" - "Simurq" oyunu saat 19:00-da start götürəcək. Rüstəm Abbasovdan başqa, hazırda komandanın heyətində zədəli futbolçu yoxdur.

Xatırladak ki, bu dəfəki matç hər iki kollektivin 13-cü dueli olacaq. "Simurq" paytaxta keçirilən son 3 qarşılaşmanın heç birində "Bakı"ya məğlub olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə