Valentin Demyanenko olimpiada ilə vidalaşdı YENİLƏNİB

Valentin Demyanenko olimpiada ilə vidalaşdı YENİLƏNİB

London Olimpiadasında Azərbaycan kanoeçisi Valentin Demyanenko yarışlara qatılıb. Siasport.az saytının məlumatına görə, idmançımız 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə mübarizə aparıb. Seçmə mərhələdə 2-ci qrupda yarışan Demyanenkonun öhdəsinə yalnız sonuncu olmamaq düşürdü ki, o növbəti mərhələyə vəsiqə qazansın. Ancaq kanoeçimiz qrupunda yer alan 7 idmançı arasında sonuncu olub. Demyanenkonun nəticəsi birinci mərhələnin ən zəif göstəricisi olub və o, olimpiada ilə vidalaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə