XXX Yay Olimpiya Oyunlarında Türkiyə taekvondoçusu qızıl medal qazanıb. Siasport.az saytının məlumatına görə, 68 kq çəki dərəcəsində yarışan Sərvət Təzəgül həlledici görüşdə iranlı Məhəmməd Bağırini 6:5 hesabı ilə üstələyib.
İdmançı bu qələbəsini dünyasını dəyişmiş anasına həsr edib: "Qızıl medalımı 2 ay öncə itirdiyim anama ərmağan edirəm. Bu medalı onun üçün qazandım".
Qeyd edək ki, bu, Türkiyə yığmasının London Olimpiadasında qazandığı ilk qızıl medaldır. Bundan başqa isə qardaş ölkənin aktivində bir bürünc medal var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB