3 qat dünya və 4 qat Avropa çempionu olimpiadada mübarizəyə başlayır
Bu gün Azərbaycanın daha bir kanoeçisi Valentin Demyanenko 2012-ci il London Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq. Siasport.az saytının məlumatına görə, 29 yaşlı idmançı Bakı vaxtı ilə saat 13:51-də seçmə mərhələ yürüşünə qatılacaq.
Bu mərhələdə 25 kanoeçi 4 qrupda çıxış edəcək. Demyanenko 7 idmançının yer aldığı 1-ci qrupa düşüb. 4-cü yürüş zolağında yer alacaq təmsilçimizin rəqibləri Sebastian Marçak (Avstraliya), Naoya Sakamoto (Yaponiya), Ronilson Oliveyra (Braziliya), Matyö Qubel (Fransa), Andrey Yezyerski (İrlandiya) və Ceyson Makkumbs (Kanada) olacaq. Bu və digər 3 qrupda ilk 6 yeri tutanlar yarımfinala yüksələcəklər.
Saat 15:30-da startı veriləcək növbəti mərhələ yürüşlərində 24 kanoeçi hər birində 8-i olmaqla 3 qrupda çıxış edəcək. Hər qrupda ilk 2 yerin sahibləri və 3-cü yeri tutanlar arasından ən yaxşı göstəricilərə malik 2-si finala vəsiqə qazanacaq. Həlledici yürüş isə avqustun 11-də saat 13:47-də olacaq.
Qeyd edək ki, Valentin Demyanenko indiyədək 3 dəfə dünya, 4 dəfə Avropa çempionu olub. O, olimpiadaya ilk dəfədir qatılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB