İspaniyanın "Atletiko Madrid" futbol klubunun prezidenti İstanbula gəlib. Siasport.az saytı xəbər verir ki, Madrid təmsilçisinin prezidenti Enriki Kerezzo, "Qalatasaray" prezidenti Ünal Aysal ilə Arda Turanın transferi ilə bağlı "Qalatasaray"a ödənəcək 12 milyon avroluq məbləğin gecikdirilməsi məsələsini müzakirə edib. Borcun qaytarılması üçün Ü.Aysaldan bir qədər də vaxt istəyən "Atletiko Madrid" prezidentinin bu xahişi, qarşı tərəfdən müsbət cavablandırılıb. türkiyə mətbuatı yazır ki, iki klub prezidenti arasında sıx işgüzar münasibətlər qurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB