"Neftçi"yə gəldiyim üçün xoşbəxtəm. Ölkənin ən titullu və köklü komandasında oynamaq hər bir futbolçunun istəyidir". Siasport.az sayının məlumatına görə, bu sözləri "Neftçi" ilə yeni müqavilə bağlamış müdafiəçi Mahir Şükürov deyib.
O, komandaya maksimum xeyir verməyə çalışacağını qeyd edib: "Neftçi" son iki mövsümdə çempionatın qızıl medallarına sahib olub və Azərbaycanı avrokuboklarda təmsil edir. "Neftçi" rəhbərliyinə və məşqçilər korpusuna minnətdaram ki, mənə etimad göstərib belə bir şansı veriblər. Komandama faydalı olmaq üçün əlimdən gələni edəcəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB