"Atletiko Madrid"dən "Beşiktaş"a super təklif...

"Atletiko Madrid"dən "Beşiktaş"a super təklif...

İspaniyanın "Atletiko Madrid" futbol klubu, İstanbulun "Beşiktaş" futbol klubuna sərfəli təkliflə müraciət edib. Siasport.az saytı, Türkiyənin nüfuzlu "Milliyet" qəzetinə istinadən xəbər verir ki, Madrid təmsilçisi, komandada "arzuolunmaz şəxsə" çevrilmiş "qara qartal"ın portuqaliyalı futbol ulduzu Rikardo Kuarsemanı öz heyətində görmək istəyir. Buna görə də, "Atletiko Madrid" portuqaliyalının əvəzinə forvardı Diyeqo Kostanı "Beşiktaş"a təklif edib. "Milliyet" yazır ki, artıq ispaniyalılar bu məsələni müzakirə etmək üçün şənbə günü İstanbula gələcəklər. Onların "Beşiktaş" prezidenti Fikret Ormanla görüşəcəkləri də verilən məlumatlar sırasındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə