ABŞ yığması olimpiya çempionu oldu

ABŞ yığması olimpiya çempionu oldu

XXX Yay Olimpiya Oyunlarında qadınlar arasında futbol turniri başa çatıb. Siasport.az saytının məlumatına görə, yarışın finalında ABŞ və Yaponiya yığma komandaları mübarizə aparıb.

"Uembli" stadionunda baş tutan matçda ABŞ yığması qələbəyə sevinib - 2:1. Qollara isə ABŞ komandasından Karli Lloyd (2 qol), Yaponiya komandasından Yuki Naqasato imza atıb.

Kanada və Fransa yığmaları üçüncü yer uğrunda mübarizə aparıblar. Oyunda cəmi 1 qol vurulub. Bu qolu isə Kanada yığması rəqib qapısından keçirib - 1:0.

London-2012

Qadın futbolu

9 avqust

Final

ABŞ - Yaponiya - 2:1

Üçüncü yer uğrunda görüş

Kanada - Fransa - 1:0

Bütün xəbərlər Facebook səhifəmizdə