Xəbər verdiyimiz kimi, Azərbaycanın qadın güləşçisi Yuliya Ratkeviç olimpiadada mübarizəyə başlayıb. Siasport.az saytının məlumatına görə, 55 kq çəki dərəcəsində yarışan qadın pəhləvanımız çıxışına 1/8 finaldan start verib. O, Yunanıstan təmsilçisi Mariya Prevolaraki ilə üz-üzə gəlib. Güləşçimiz rəqibi məğlub edərək, 1/4 finala vəsiqə qazanıb. Təmsilçimiz Yunanıstan idmançısından 2:0 və 1:0 hesabı ilə üstün olub.
Yuliya 1/4 finalda Saori Yoshida (Yaponiya) ilə qarşılaşıb. Təəssüf ki, güləşçimiz hər iki hissəni məğlub başa vurub - 0:1, 0:2.
Saori Yoshida finala vəsiqə qazandığına görə, pəhləvanımız bürünc medal uğrunda mübarizə aparmaq şansı qazanıb.
Ratkeviç bürünc medal yolunda əvvəl amerikalı Kelsi Kempbelli məğlub etməyi bacarıb. Daha sonra güləşçimiz rusiyalı Valeriya Jolobova ilə qarşılaşıb və yünə də üstün olub - 6:0, 2:1. Bu nəticə ilə Yuliya Ratkeviç bürünc medal qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB