Aliyə Qarayeva olimpiadada ikinci çıxışından sonra 5-ci oldu YENİLƏNİB
Xəbər verdiyimiz kimi, Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının üzvü Aliyə Qarayeva bu gün XXX Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. Siasport.az saytının məlumatına görə, gimnastımız fərdi çoxnövçülük yarışlarında təsnifat mərhələsinə qatılıb. O, 23 idmançı arasında birinci olmağa çaılışıb. İlk çıxışında Aliyə həlqə ilə kompozisiyasını nümayiş etdirib. Təmsilçimiz 27.450 xal toplayıb və yekunda 7-ci yerdə qərarlaşıb.
Daha sonra isə gimnastlar topla hərəkətlərdə yarışıblar. İdmançımızın topla hərəkətlərdə çıxışı 28.350 xala layiq görülüb. İki hərəkətin cəmində Aliyə 55.800 xal toplayıb və 5-ci olub.
Sabah isə idmançılar lentlə və gürzlərlə hərəkətlərdə yarışacaqlar.
Qeyd edək ki, bütün növlərdə ilk onluqda yer alan idmançılar finala vəsiqə qazanacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB