Xəbər verdiyimiz kimi, Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının üzvü Aliyə Qarayeva bu gün XXX Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. Siasport.az saytının məlumatına görə, gimnastımız fərdi çoxnövçülük yarışlarında təsnifat mərhələsinə qatılıb. O, 23 idmançı arasında birinci olmağa çaılışıb. İlk çıxışında Aliyə həlqə ilə kompozisiyasını nümayiş etdirib. Təmsilçimiz 27.450 xal toplayıb və beşinci yerdə qərarlaşıb. Hələ ki, yarış davam edir. Bu nəticə növbəti idmançıların çıxışdan asılı olaraq dəyişə bilər.
Həlqə ilə hətəkətlər yekunlaşandan sonra idmançılar topla hərəkətləri yerinə yetirəcəklər.
Sabah isə gimnastlar lentlə və gürzlərlə hərəkətlərdə yarışacaqlar.
Qeyd edək ki, bütün növlərdə ilk onluqda yer alan idmançılar finala vəsiqə qazanacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB