"Bakı" - "Simurq" STATİSTİKA

"Bakı" klubu Azərbaycan Premyer Liqasının yeni mövsümünə sabah öz meydanında keçirəcəyi oyunla start verəcək. Siasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi 10 avqust 2012-ci il tarixdə "Simurq"u qonaq edəcək.

Komandalar bu günə qədər 12 dəfə qarşılaşıblar. Bütün qarşılaşmalar Premyer Liqa çərçivəsində baş tutub.

Bu oyunların 6-sı Bakıda, 6-sı isə Zaqatalada keçirilib. 4 oyun "Bakı"nın qələbəsi ilə başa çatıb, 5 oyunda heç-heçə qeydə alınıb. Top fərqi "Bakı"nın xeyrinədir - 12:10.

"Bakı" 2 qələbəsini paytaxtda, iksini isə səfərdə qazanıb. Rəqiblərin qarşılaşmalarında ən çox rast gəlinən hesab 2:1-dir. İki dəfə "Simurq", bir dəfə isə "Bakı" bu hesabla qalib gəlib.

Qeyd edək ki, "Bakı" - "Simuq" qarşılaşmasının start fiti saat 19.00-da səslənəcək. Oyun "Bakı" futbol klubunun təlim-məşq bazasının stadionunda baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə