Maksim Prokopenko: "Bu, elə də asan qəbul olunan aqibət deyil”

Maksim Prokopenko: "Bu, elə də asan qəbul olunan aqibət deyil”

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan kanoeçiləri Sergey Bezuqlıy və Maksim Prokopenkodan ibarət duet London Yay Olimpiya Oyunlarında əsas final yürüşünə qatılıb və dördüncü yerlə kifayətləniblər. Siasport.az saytının məlumatına görə, yürüşdən sonra Prokopenko yarış barədə fikirlərini bildirib: "Biz yürüşə gözəl başladıq, lider idik. Yaxşı temp tutmuşduq, arxayınlaşmaq fikrimiz yox idi. Amma son 200 metrdə nə baş verdiyini anlaya bilmirəm. Yəqin ki, bu, hamı üçün qaranlıq qalır. Hələ Sergeylə söhbətləşməmişəm. O, yarışdan dərhal sonra dopinq testə yollandı. Nə baş verdiyi barədə danışacağıqmı? Əlbəttə. Amma bu gün yox. Bizə nə baş verdiyini anlamaq üçün vaxt lazımdı. Bu, elə də asan qəbul olunan aqibət deyil".

Azerisport.az

Bütün xəbərlər Facebook səhifəmizdə