Berti Foqts Vaqif Cavadovu bağışladı AÇIQLAMA

Berti Foqts Vaqif Cavadovu bağışladı AÇIQLAMA

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovun iştirakı ilə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts və futbolçu Vaqif Cavadov arasında görüş keçirilib. Siasport.az saytının məlumatına görə, görüşdə baş məşqçi və futbolçu arasında fikir mübadiləsi aparılıb. Görüşlə bağlı Berti Foqts və Vaqif Cavadov fikirlərini bildiriblər:

Vaqif Cavadov: "Avropa çempionatının seçmə mərhələsində Avstriya millisinə qarşı keçirdiyimiz oyunda məğlub olmağımız psixoloji cəhətdən mənə mənfi təsir etmişdi və emosional vəziyyətdə artıq çoxlarına məlum olan həmin xoşagəlməz hadisə baş vermişdi. Əlbəttə ki, həmin hadisə məni çox təəssüfləndirir. Mən bu hərəkətimə görə AFFA-dan və komanda yoldaşlarımdan üzr istəyir və bir futbolçu kimi Azərbaycan futbolunun inkişafına bacardığım qədər yardımçı olmaq fikrindəyəm".

Berti Foqts: "Vaqif Cavadov gənc və bacarıqlı futbolçudur. Sevindirici haldır ki, bu görüş təşkil olundu və biz bəzi məsələlərə aydınlıq gətirdik. Hesab edirəm ki, V.Cavadova ikinci dəfə şans verilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com