Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının üzvü Aliyə Qarayeva bu gün XXX Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq. Siasport.az saytının məlumatına görə, gimnastımız fərdi çoxnövçülük yarışlarında təsnifat mərhələsinə qatılacaq. O, 23 idmançı arasında birinci olmağa çaılışacaq. Yarışda öncə həlqə ilə, sonra topla kompazisiyalar yerinə yetiriləcək.
Sabah isə idmançılar lentlə və toppuzla hərəkətlərdə yarışacaqlar.
Qeyd edək ki, bütün növlərdə ilk onluqda yer alan idmançılar finala vəsiqə qazanacaqlar.
Yarışlar saat 16:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB