Mariya Stadnik: "Obara ilə yenidən güləşsəm, bəlkə də qalib gələrəm"

Mariya Stadnik: "Obara ilə yenidən güləşsəm, bəlkə də qalib gələrəm"

Qadın güləşçimiz Mariya Stadnik olimpiadadakı çıxışı barədə açıqlama verib. Siasport.az saytının məlumatına görə, güləşçimiz turnirə yaxşı hazırlaşdığını qeyd edib: "Turnirə çox yaxşı hazırlaşmışdım. Gücüm və əminliyim var idi. Final oyunu öncəsi hər şey qaydasında idi. Psixoloji hazırlığım da yerində idi. Amma qələbə qazanmağım üçün nəsə çatışmadı. Bəlkə də bir qədər yorulmuşdum. Hesab edirəm ki, Obara ilə yenidən güləşsəm, bəlkə də qalib gələrəm. Pekində zala daxil olanda səs-küy çox idi. Amma Londonda sakitçilik idi. Deyilən sözləri asanlıqla eşidə bilirdim. Ötən yarışda təcrübəsiz idim. Pekində heç kim uğur qazanacağıma inanmırdı. Amma bu dəfə təcrübəm çox idi. Geridə qalan 4 il ərzində dünya və Avropa çempionu oldum, eləcə də ikinci körpəmi dünyaya gətirdim".

Bütün xəbərlər Facebook səhifəmizdə