İtaliyanın "İnter" futbol klubunun hollandiyalı ulduz futbolçusu Uesli Sneyder, İstanbulun "Fənərbaxça" futbol klubunu dünən "Vasliu" üzərindəki böyükhesablı qələbə münasibəti ilə təbrik edib. Siasport.az saytı xəbər verir ki, hollandiyalı futbol ulduzu "Liverpul"dan "Fənərbaxça"ya keçən həmyerlisi Dirk Kuytu öz şəxsi twitter səhifəsindən salamlayaraq, ona uğurlar arzulayıb. "Fənərbaxça"nın həqiqətən də güclü bir komanda olduğunu yazan "İnter"in forvardı əmin olduğunu bildirib ki, D.Kuyt İstanbul klubunda böyük uğurlara imza atacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB