"Fənərbaxça" rumunlara futbol dərsi keçdi!

"Fənərbaxça" rumunlara futbol dərsi keçdi!

Dünən axşam UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində cavab qarşılaşmaları keçirilib. Siasport.az saytı xəbər verir ki, İstanbulun "Fənərbaxça" futbol klubu Rumıniyada "Vaslui"nin qonağı olub. İstanbulda keçirilən ilk qarşılaşmada 1:1-lik nəticə qeydə alındıqından "Fənərbaxça"nın səfərdə rəqibə qalib gəlməsi vacib idi. İstanbul nəhəngi isə rəqibi öz meydanında darmadağın etməklə, bir daha bütün Avropaya öz gücünü nümayiş etdirib. Dirk Kuytun dublu, Şovun və Canerin qolları ilə "Fənərbaxça" rəqibini 4:1 hesabı ilə məğlub edərək, Çempionlar Liqasının pleyy-off mərhələsinə yüksəlib. Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin bütün cavab qarşılaşmalarının nəticələrini diqqətinizə çatdırırq:

20:00. "Dudelanj" (Lüksemburq) - "Maribor" (Sloveniya) (İlk oyun - 1:4) - 0:1
Qol:
Mertelj, 79 (0:1)

21:00. "Neftçi" (AZƏRBAYCAN) - "Hapoel" (İroni Kiryat, İsrail) (İlk oyun - 0:4) - 2:2
Qollar:
Julius Vobay, 31 (1:0), Barak Badaş, 51 (1:1), Cavid İmamverdiyev, 76 (2:1), Lanzlo Lenkse, 90+1 (2:2)

21:00. "Helsinburq" (İsveç) - "Slask" (Polşa) (İlk oyun - 2:0) - 3:1
Qollar:
Diaz, 31 (0:1), Şorum, 43 (1:1), 49 (2:1), 68 (3:1)

22:00. "Ekranas" (Litva) - "Anderlext" (Belçika) (İlk oyun - 0:5) - 0:6
Qollar:
Klyestan, 9 (0:1), Praet, 31 (0:2), Lakovenko, 45 (0:3), Şutter, 47 (0:4), Molins, 62 (0:5), Fernando, 87 (0:6)

22:00. "Slovan" (Çexiya) - "CFR Kluj" (Rumıniya) (İlk oyun - 1:0) - 1:2
Qollar:
Kapetanos, 45 (0:1), Sural, 58 (1:1), Sougou, 90 (1:2)

22:00. HJK (Finlandiya) - "Seltik" (Şotlandiya) (İlk oyun - 1:2) - 0:2
Qollar:
Ledley, 67 (0:1), Samaras, 86 (0:2)

23:00. "Bazel" (İsveçrə) - "Molde" (Norveç) (İlk oyun - 1:0) - 1:1
Qollar:
Moström, 32 (0:1), Degen, 75 (1:1)

23:00. "Vasluy" (Rumıniya) - "Fənərbaxça" (Türkiyə) (İlk oyun - 1:1) - 1:4
Qollar:
Erkin, 11 (0:1), Nikulae, 14 (1:1), Kuyt, 71 (1:2), 76 (1:3), Sou, 90 (1:4)

23:30. "Brügge" (Belçika) - "Kopenhagen" (Danimarka) (İlk oyun - 0:0) - 2:3
Qollar:
Figueras, 24 (1:0), Yorgensen, 61 (1:1), Ofoe, 66 (2:1), Bolanos, 78 (2:2), Santin, 90 (2:3)

23:45. "Partizan" (Serbiya) - "AEL Limassol" (Kipr) (İlk oyun - 0:1) - 0:1
Qol:
Junior, 23 (0:1)

23:45. "Panatinaikos" (Yunanıstan) - "Mazervell" (Şotlandiya) (İlk oyun - 2:0) - 3:0
Qollar:
Kristodoulopous, 51 (1:0), Mavrias, 75 (2:0), Sisoko, 83 (3:0)

23:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Şerif" (Moldova) (İlk oyun - 1:0) - 4:0
Qollar:
Vida, 16 (1:0), Beçiray, 34 (2:0), Kop, 78 (3:0), İbanez, 87 (4:0)

Bütün xəbərlər Facebook səhifəmizdə