Azərbaycan idmançıları olimpiadada nəticələri SİYAHI

Azərbaycan idmançıları olimpiadada nəticələri SİYAHI

Siasport.az saytı Azərbaycanın idmançılarının bu günə qədər London Yay Olimpiya Oyunlarında göstərdikləri nəticələri təqdim edir:

Ağırlıqqaldırma
Valentin Xristov (56 kq) – Bürünc medal qazanıb
Boyanka Kostova (58 kq) – 5-ci yeri tutub
İntiqam Zairov (94 kq) – 6-cı yeri tutub
Sərdar Həsənov (69 kq) – 8-ci yeri tutub
Əfqan Bayramov (69 kq) – mübarizəni erkən dayandırıb
Veliçko Çolakov – yarışdan öncə zədələndiyi üçün, olimpiadada çıxış edə bilməyib

Akademik avarçəkmə
Aleksandr Aleksandrov (2000 m) – 5-ci yeri tutub
Natalya Mustafayeva (2000 m) – 12-ci pilləni tutub

Avarçəkmə (kanoe)
Sergey Bezuqlı-Maksim Prokopenko (1000 m) – finala vəsiqə qazanıblar.

Atçılıq
Camal Rəhimov – 60-cı yeri tutub

Atıcılıq
İradə Aşumova (10 m) – 39-cu yeri tutub
İradə Aşumova (25 m) – 23-cü yeri tutub

Atletika
Dmitri Marşin – 20-ci yeri tutub
Layeş Abdullayeva (5000 m məsafəyə qaçış) – 32-ci yeri tutub
Hayle İbrahimov (5000 m məsafəyə qaçış) – Final mərhələsinə yüksəlib.

Boks
Elvin Məmişzadə (52 kq) – 1/16 finalda uduzub
Vətən Hüseynli (81 kq) – 1/16 finalda uduzub
Heybətulla Hacəliyev (64 kq) – 1/16 finalda uduzub
Məhəmməd Əbdülhəmidov (56 kq) – 1/8 finalda qələbə qazansa da, sonradan AİBA-nın qərarı ilə ona məğlubiyyət verilib
Soltan Migitinov – 1/8 finalda uduzub
Yelena Vıstropova (75 kq) – 1/8 finalda uduzub
Məhəmmədrəsul Məcidov (56 kq) – 1/2 finala yüksəlib
Teymur Məmmədov (91 kq) – 1/2 finala yüksəlib

Cüdo
İlqar Müşkiyev – ilk görüşdəcə uduzub
Kifayət Qasımova – ilk görüşdəcə uduzub
Elnur Məmmədli – ilk görüşdəcə uduzub
Rüstəm Orucov – 1/8 finalda mübarizəni dayandırıb
Ramilə Yusubova – 1/8 finalda uduzub
Elxan Məmmədov – 1/8 finalda uduzub
Tərlan Kərimov (66 kq) – 7-ci yeri tutub
Elmar Qasımov – 7-ci yeri tutub

İdman gimnastikası
Şakir Şıxəliyev – 40-cı yeri tutub

Qadın güləşi
Mariya Stadnik (48 kq) – Gümüş medal qazanıb.

Qılıncoynatma
Səbinə Mikina – 1/8 finalda uduzub

Üzgüçülük
Oksana Hətəmxanova (brass,100 m) – Təsnifat mərhələsində 46 idmançı arasında 44-cü olub
Yevgeni Lazuka – 38-ci yeri tutub

Velosiped idmanı
Yelena Çalıx (şosse yürüşü) – finiş xəttinə çata bilməyib
Yelena Çalıx (ayrı-ayrı start götürməklə fərdi yarışlar) – 20-ci yeri tutub

Yunan-Roma güləşi
Rövşən Bayramov (55 kq) – gümüş medal qazanıb
Emin Əhmədov (74 kq) – bürünc medal qazanıb
Şalva Qadabadze (96 kq) – təsəlliverici mərhələdə
Saman Təhmasibi – 1/8 finalda uduzub
Həsən Əliyev (60 kq) – 5-ci yeri tutub

Bütün xəbərlər Facebook səhifəmizdə