"Neftçi"nin məşqçisi Tərlan Əhmədov "Hapoel"lə oyundan sonra mətbuat konfransında qarşılaşma barədə danışıb. Siasport.az saytının məlumatına görə, T.Əhmədov komandasının yaxşı oynadığnı deyib: "Komandanın oyunu məni sevindirdi. Bu gün uşaqlar yaxşı oyun göstərdilər. İsraildəki məğlubiyyətdən sonra futbolçuları oyuna kökləmək çətin idi. Buna baxmayaraq, biz qələbə qazanmaq istəyirdik. 90 dəqiqə sərgilədiyimiz oyun göstərdi ki, Azərbaycan futbolu inkişaf edir. Bizdə yeni nəsil yetişir. Hazırkı "Neftçi" son 10 ilin ən güclü komandasıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB