"Neftçi" yenə "Hapoel" qarşısında fiaskoya uğradı...

"Neftçi" yenə "Hapoel" qarşısında fiaskoya uğradı...

Bu gün UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin qarşılaşmaları keçirilib. Siasport.az saytı xəbər verir ki, səfərdə İsrail təmsilçisi "Hapoel"ə 0:4 hesabı ilə məğlub olan "Neftçi", bu gün keçirilən qarşılaşmada da qorxaq və nizamsız oyun nümayiş etdirib. Belə ki, İsrailin məhəllə klubuna yenə qalib gələ bilməyən "ağ qaralar", meydanı 2:2 hesablı bərabərliklə tərk ediblər. Fiaskoya uğramış bu komandanın UEFA Avropa Liqasının pleyy-of mərhələsində də acınacaqlı məğlubiyyətə uğrayacağı elə bəri başdan məlumdur.

Bütün xəbərlər Facebook səhifəmizdə