Əjdər Cəfərov: "Rövşən Bayramov idmançı karyerasını davam etdirəcək"

Əjdər Cəfərov: "Rövşən Bayramov idmançı karyerasını davam etdirəcək"

Son günlər ölkə mətbuatında yunan-roma güləşçimiz Rövşən Bayramovun idmançı karyerasını bitirəcəyi və məşqçiliyə başlayacağı ilə bağlı xəbərlər yayılıb. Siasport.az saytının məlumatına görə, ardıcıl 2 olimpiadada gümüş medal qazanmış pəhləvanımızın pərəstişkarlarının narahatlığına Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov son qoyub: "Hazırda Rövşənin cəmi 25 yaşı var və onun idmançı karyerasını bitirən vaxtı deyil. İdmançı özü də karyerasını başa vurucağı ilə bağlı heç nə deməyib. O, bizim yığma komandaya lazımlı güləşçidir və yığmamızın lideridir. Hazırki vəziyyəti Rövşənə ən azı daha bir olimpiadada güləşmək imkanı verir. Dünya güləşində biz dəfələrlə yaşı 30-dan artıq olan pəhləvanların uğurla çıxış etdiyinin və parlaq nəticələr qazandığının şahidi olmuşuq. Odur ki, qətiyyətlə söyləyirəm ki, Rövşən Bayramov idmançı karyerasını davam etdirəcək və öz uğurları ilə bizi hələ çox sevindirəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə