"Qarabağ" klubu derbinin hazırlıqlarına başlayıb. Siasport.az saytının məlumatına görə, Premyer Liqanın II turunda "Neftçi"ylə qarşılaşacaq komanda bugündən tam heyətlə çalışmalarını sürdürəcək. Bazar günü ilk turda "İnter"lə qarşılaşdıqdan sonra komandanın baş məşqçisi Qurban Qurbanov futbolçulara istirahət vermişdi. Dünəndən etibarən "ağ-qara"larla görüşün hazırlıqlarına başlayan komanda bugün tək çalışmasını 19:00-da Suraxanı qəsəbə stadionunda keçəcək.
Xatırladaq ki, "Qarabağ" - "Neftçi" oyunu flaqmanın Avrokubokdakı mücadiləsiylə əlaqədar olaraq avqustun 10-dan 11-ə keçirilib. Oyun Mərdakandakı "Dalğa - Arena"da saat 20:00-da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB