Azərbaycan təmsilçisi, atletika üzrə yığmamızın üzvü Hayle İbrahimovun olimpiadanın final mərhələsindəki rəqibləri məlum olub. Siasport.az saytının məlumatına görə, 5000 metr məsafəyə qaçış üzrə yarışan idmaçımız finalda 14 idmançı ilə mübarizə aparacaq.
Rəqiblərin adları:
İsayya KoçTomas Lonqosiva (hər ikisi Keniya), Məhəmməd Fərəh (Böyük Britaniya), Lopes Lomonq, Bernard Laqat, Geylen Rapp (hamısı ABŞ), Haqos Gebrhivet, Dejen Gebremeskel, Yenev Alamirev (hamısı Efiopiya), Abdallaati İgider (Mərakeş), Mozes Kipsiro (Uqanda), Kemeron Levins (Kanada), Xuan Luis Barrios (Meksika) və Mumin Qala (Cibuti).
Qeyd edək ki, final avqustun 11-də baş tutacaq. Yarış Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB