Bu axşam UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin növbəti cavab qarşılaşmaları keçiriləcək. Siasport.az saytı xəbər verir ki, Azərbaycan çempionu olan Bakının "Neftçi" futbol klubu, ilk oyunda İsrail "Hapoel"inə səfərdə 0:4 hesabı ilə rüsvayçı şəkildə məğlub olduğundan, bu qarşılaşma "ağ qaralar" üçün formal xarakter daşıyır. Məhəllə səviyyəli futbol klubuna acınacaqlı şəkildə məğlub olan bakılıların rəqib qapısına 5 cavabsız top vurması və ya hesabı bərabərləşdirmələri mümkünsüz görünür. Demək olar ki, bu axşam keçiriləcək qarşılaşma ilə "Neftçi"nin Çempionlar Liqası "dəftəri" bağlanmış olacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək.
Bu axşam keçiriləcək digər qarşılaşmaları diqqətinizə çatdırırıq:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB