Olimpiadadan 7 idmançı qaçıb

Olimpiadadan 7 idmançı qaçıb. Siasport.az saytının məlumatına görə, qaçanlar Kamerun yığmasının üzvləridir. İdmançıların Avropada qalmaq üçün yığmalarını tərk etdikləri iddi olunura. Onların yeri məlum deyil.

Qaçanların siyahısı

Boksçular

Tomas Essomba, Kristian Donfak Acufak, Abdon Mevoli, Bleyz Epmu Menduo və Serj Ambomo

Üzgüçü

Raul Ekane Edinqe

Futbolçu

Druzil Nqako (qadınlardan ibarət yığmanın ehtiyat qapıçısı)

Qeyd edək ki, onları tapmaq üçün axtarış işlərinə başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə