Uzun illər İstanbulun "Beşiktaş" futbol klubunda forma geyən, bir zamanlar İspaniyanın "Barselona" klubunda da çıxış etmiş Rüştü Rəncbər Avropa və Amerika klublarından təkliflər alıb. Siasport.az saytı xəbər verir ki, futbol üzrə Türkiyə millisinin heyətindəki çıxışını başa vuraraq dincəlməyə üstünlük verən 39 yaşlı məşhur qolkiperin meneceri Zafer Öger "Radiyospor"a açıqlamasında bildirib ki, hazırda onlar gələn təklifləri dəyərləndirməklə məşğuldurlar: "Gələn təkliflər içərisində biri dahas ciddidir. Çox güman ki, R.Rəncbər koryerasının son illərini Avropa və ya Amerika klublarından birində başa vuracaq"-deyə menecer bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB