İspaniyanın "Atletiko Madrid" futbol klubunun türkiyəli forvardı Arda Turan, futbol koryerası ilə bağlı bir sıra açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, İstanbulun "Qalatasaray" futbol klubundan Madrid təmsilçisinə transfer olunan 25 yaşlı futbolçu, hazırda özünü komandasında olduqca xoşbəxt hiss etdiyini deyib. A.Turan İspaniyanın "AS" qəzetinə verdiyi açıqlamada bildirib ki, hazırda onun "Atletiko Madrid"lə 3 illik müqaviləsi var və o heç bir kluba keçməyi planlaşdırmır: Amma sözsüz ki, nə vaxtsa yenidən sarı-qırmızılı formanı geyməyi planlaşdırıram. Son vaxtlar Türkiyə qəzetlərində "Qalatasaray"ın yenidən məni öz heyətində görmək istədiyi barədə yazılan məqalələr də məni məmnun edir. "Atletiko Madrid" mənim evim, "Qalatasaray" həyatımdır."-deyə A.Turan fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB